Fransanın keçmiş prezidenti bir il müddətinə azadlıqdan məhrum edildi


Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilib və aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edək ki, Sarkozi ilk dəfə 2021-ci ildə təqsirli bilinəndə bir il həbs cəzasına məhkum edilib, lakin apellyasiya şikayəti verdiyi üçün bu cəza təxirə salınıb.
Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb, lakin sabiq prezidentə dəmir barmaqlıqlar arxasında cəmi altı ay təyin edib - o, elektron qolbaq taxaraq cəzanın ikinci yarısını evdə çəkə bilər.
Xatırladaq ki, 2007-2012-ci illər arasında hakimiyyətdə olduğu yeganə müddətdən sonra Sarkozi bir sıra hüquqi problemlərlə üzləşib: o, korrupsiya, rüşvətxorluq, müdaxilə və kampaniyanın maliyyələşdirilməsini pozmaqda ittiham olunub.
2021-ci ildə 69 yaşlı Sarkozi partiyasının 2012-ci ildə yenidən seçilməsinin əsl xərclərini gizlətmək üçün “Bygmalion” PR firması ilə işləmək ittihamı ilə bir il həbs cəzasına məhkum edib. Keçmiş Fransa prezidenti bütün ittihamları rədd edir, “Bygmalion”u arxasınca varlanmaqda günahlandırır. Prokurorlar bildiriblər ki, Sarkozinin 2012-ci il seçki kampaniyasına demək olar ki, 43 milyon avro xərcləyib ki, bu da icazə verilən 22,5 milyon avrodan iki dəfə çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top