
Azərbaycanda fəaliyyət föstərən məşhur supermarket şəbəkəsi “Araz Supermarket”ə məxsus reklam lövhəsi səkinin ortasına yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən foto sosial şəbəkədə yayılıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, foto Mingəçevir şəhərində çəkilib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 milyon 55 min 20 manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.
“Araz” supermarketləri OBA və SPAR marketəri ilə birlikdə “Veysəloğlu” MMC-yə məxsusdur. Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.
Murad Məmmədov