Yol-nəqliyyat hadisələrində ölən və yaralananların 2/3-i kişilər olub


Ötən il Azərbaycanda 1 636 yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, baş verən hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2 min 229 nəfər olub. Onlardan 862-si həlak olub, 1367-si isə yaralanıb.
Hadisələrin 42,5%-i gündüz, 38,9%-i gecə, 18,6%-i isə toran vaxtı baş verib, 31,5%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87,1%-i yaşayış məntəqələrində baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 %-ini, yaralananların isə 72,3%-ini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 29 nəfər yaralanıb. Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top