
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfər edib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Ərdoğanı Qahirə Beynəlxalq Hava Limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan İttihadiyyə Sarayında Sisi tərəfindən rəsmi mərasimlə də qarşılanacaq. Təkbətək və nümayəndə heyətləri ilə görüşdən sonra birgə mətbuat konfransı təşkil ediləcək.
Daha sonra Ərdoğan Sisinin Türkiyə liderinin rəhbərlik etdiyi nümayəndə heyətinin şərəfinə verdiyi rəsmi şam yeməyində iştirak edəcək.
