
Bitkoinin qiyməti 2,29% artaraq 51,205 min dollar olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Coindesk” platforması məlumat yayıb.
Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 3 dekabr 2021-ci ildə 51 min dollardan yuxarı olub.
Xatırladaq ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs və ya şəxslər tərəfindən nəşr edilib. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb.
Son vaxtlar bitkoinin tədarükü təbii şəkildə məhdudlaşdırılıb. Hazırda bitkoinlərin çoxu artıq əldə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz