NATO ölkələri hərbi xərclərini 600 milyard dollar artırıb


“NATO-nun Avropa ölkələri, həmçinin Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu fevralın 15-də alyansın müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Son rəqəmləri açıqlaya bilərəm. 2014-cü ildən bəri Avropa İttifaqı ölkələri və Kanada hərbi xərclərini 600 milyard dollar artırıb. Keçən il biz rekord səviyyədə 11% artım müşahidə etdik. 18 müttəfiqin hərbi xərclərinin bu il ÜDM-lərinin 2%-nə çatacağını gözləyirəm, yəni bu, yeni bir rekorddur”, - Stoltenberq deyib.
Onun sözlərinə görə, Avropa NATO ölkələri 2024-cü ildə müdafiəyə 380 milyard dollar xərcləyəcək.
“2024-cü ildə Avropanın NATO müttəfiqləri müdafiəyə 380 milyard dollar xərcləyəcək. Bu, ilk dəfədir ki, onlar üçün ÜDM-in 3%-ni təşkil edir”, - o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top