
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.
“Hörmətli Ermənistan Respublikasının sakinləri! Belə alındı ki, mən bir daha sizə iqtisadiyyat naziri kimi xidmət etməyəcəyəm. Üç ildən artıq müddət ərzində mən hər bir Ermənistan vətəndaşına məhəbbətlə dolu olan sarsılmaz sədaqətlə xidmət etmişəm”, - Kerobyan bildirib.
Qeyd edək ki, yanvarın sonunda Ermənistanın təhlükəsizlik qüvvələri İqtisadiyyat Nazirliyində korrupsiya faktı ilə bağlı cinayət işi açıb və Kerobyanın müavinlərindən birini saxlayıb.
Daha sonra məhkəmə şübhəlini ev dustaqlığına buraxıb. Daha sonra Kerobyan özü açıq şəkildə təhlükəsizlik qüvvələrinin hərəkətləri ilə razılaşmadığını bildirib.
Kerobyanın vəzifədən kənarlaşdırılması ilə bağlı rəsmi fərman hələ dərc edilməyib.