
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 28,6 minə çatır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 28 min 576 nəfərə çatıb, daha 68 min 291 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində 103 nəfər ölüb, daha 145 nəfər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz