Estoniya Rusiya ilə sərhədləri bağlaya bilər


Estoniya miqrasiya axını ilə əlaqədar Rusiya ilə sərhəddəki sərhəd-keçid məntəqələrini bağlaya bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Estoniya Sərhəd Xidmətinin saytında məlumat verilib.
Xidmətin məlumatına görə, bu addım milli təhlükəsizliyin və ictimai asayişin qorunması üçün atıla bilər.
Xidmət həmçinin iddia edir ki, son həftələrdə Rusiya məqsədli şəkildə Avropa İttifaqına daxil olmaq hüququ olmayan xarici qrupları Estoniya sərhədinə göndərir.
Qeyd edək ki, bir gün əvvəl Narva sərhəd-keçid məntəqəsində ruslara Estoniya ilə sərhədin bağlana biləcəyi barədə xəbərdarlıqlar edildiyi bildirilmişdi. Həmçinin, Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin sərhəd idarəsinin rəisi Eva Kalmus Tallinnin müvafiq qərar qəbul edəcəyi təqdirdə, Estoniya-Rusiya sərhədinin istənilən vaxt bağlana biləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top