ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana çağırış


“Biz bir neçə itki ilə nəticələnən ölümcül hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən silahlı qarşıdurmaya münasibət bildirərkən deyib.
O, Dövlət Departamentinin həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verdiyini deyib:
“Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır. Hər hansı atəşkəs pozuntusu araşdırılmalı və lazımi şəkildə aradan qaldırılmalıdır. Dövlət katibinin daim vurğuladığı kimi, Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir”.
O, ABŞ-nin vasitəçiliyi ilə tərəflər arasında görüşün baş tutub-tutmayacağını dövlət katibi Antoni Blinkenin Münhenə səfər tarixi yaxınlaşdıqca bəlli olacağını və bu barədə müvafiq açıqlamalar veriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top