
“Qəzza zolağında hər bir insan pis qidalanır və dünyanın ən ac adamlarının əksəriyyəti anklavda yaşayır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının Təhlükəsizlik Şurasında keçirilən açıq debatda deyib.
Baş katib bildirib ki, Qəzzada heç kimin kifayət qədər qidası yoxdur:
“Dünyanın 700 min ən ac insanına baxın, bu insanların hər beşindən dördü bu kiçik torpaqda yaşayır”.