Türkiyədə mədəndə torpaq sürüşməsi, 9 nəfər itkin düşüb – Video + Yenilənib


“Sahədə 400 nəfər və 40-dan çox texnika çalışır”.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazir, 667 işçidən 9-unun itkin düşdüyünü qeyd edib:
“Yeganə arzumuz axtarış-xilasetmə ilə bərabər şad xəbər verməkdir”.

***17:55
Türkiyənin Ərzincan şəhərində “Anagold Mining” şirkətinə məxsus Çöplər Qızıl Mədənində torpaq sürüşməsi baş verib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, mədən ərazisində torpağın altında işçilərin qaldığı bildirilir.
Lakin hələlik neçə nəfərin olduğu məlum deyil.
Qeyd edilir ki, 2022-ci ildə “Anagold Mining” tərəfindən idarə olunan Çöpler Qızıl Mədənində istifadə edilən sianid borularının partladığı məlum olub. Lazımi təkmilləşdirmələr edildikdən sonra yenidən fəaliyyətə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top