“Mən amerikalı vətənpərvərəm və prezidentin ağlını itirdiyini görmək məni kədərləndirir. Mənim ölkəmdə belə bir şey söyləmək kobud sayılır. Təəccüblüdür ki, prezidentimiz bacarıqsızdır. Heç kim bu barədə açıq danışa bilmir. Bu, siyasi müşahidə deyil, bu, faktın ifadəsidir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson, Dubayda keçirilən Dünya Hökumət Sammitində deyib.
“Moskvada səkkiz gün keçirdikdən sonra başa düşdüm ki, Rusiya ən böyük ölkə olmaqla yanaşı, həm də dil, mədəniyyət və din baxımından son dərəcə müxtəlifdir. İstəsəniz də, istəməsəniz də belə bir ölkəyə 24 il rəhbərlik etmək çətindir. Bacarıqsız adam bunu edə bilməzdi. Amma Putin buna qadirdir və siz bunu bilirsiniz”, - jurnalist qeyd edib.
Qeyd edək ki, Taker Karlson ötən həftə Rusiya Prezidenti Vladimir Putindən müsahibə alıb.