“Təsdiq olunsa, səbəbkarlar cəzalandırılacaq” – Ermənistan MN məsələni araşdırır


“Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngilan hissəsində erməni hərbçilərin atəşə tutması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Yuxarı komandanlığın yazılı əmrlərində vəziyyəti qiymətləndirən hərbi qulluqçunun atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya buna borclu olduğu hallar dəqiq müəyyən edilir.
“Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - bəyanatda deyilir.
Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top