
“Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və müzakirə etmir”.
Yeniavaz.com xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan “The Daily Telegraph”a müsahibəsində deyib.
“Bu, bizim müzakirə etdiyimiz məsələ deyil”, - deyə Paşinyan bildirib və əlavə edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi mübahisəli sayıla bilər.
“Ermənistanda müdafiə alyanslarına üzvlük strategiyasının Ermənistanın uzunmüddətli maraqlarına uyğun olub-olmaması və ya nə dərəcədə uyğun olması ilə bağlı müəyyən müzakirələr gedir”, - Paşinyan əlavə edib.
Nəşrlə söhbətində Paşinyan xatırladıb ki, hələ 2022-ci ilin əvvəlində CNN-ə müsahibəsində o, Ermənistanın Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın müttəfiqi olmadığını vurğulayıb.
“Bu, əslində reallıqdır. Bununla belə, onu da vurğulamaq istəyirəm ki, bizim ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığımız bu sahədə digər tərəfdaşımıza qarşı yönəlməyib”, - baş nazir bildirib.
Paşinyan həmçinin, İrəvanın bütün tərəfdaşlarla ümumi gündəliyini mümkün qədər şəffaf şəkildə müzakirə etməklə bununla bağlı problemləri həll etməyə çalışdığını qeyd edib.