“Reuters”: “İranda pakistanlıların öldürülməsi xəbəri yalandır” – Yenilənib


İranda öldürülən pakistanlılarla bağlı xəbər yanlış məlumatdır.
Yeniavaz.com
xəbər erir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, “Tasnim” məlumatı silib.

***14:38
İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb .
Bildirilib ki, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra cinayət yerindən qaçıb.
Qeyd olunur ki, polis hadisə ilə bağlı araşdırma başladıb.
Agentlik yazır ki, bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil. Yanvarın 27-də İran KİV naməlum şəxslərin silahlı hücumu nəticəsində orada 9 əcnəbinin həlak olması barədə məlumat yayıb.
İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top