“Moskva Qarabağda sülhməramlı məsələsini yalnız Bakı ilə müzakirə edir” – Rusiya XİN


“Moskva Rusiya sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Bakı ilə müzakirə edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Vəziyyətin köklü dəyişdiyini nəzərə alaraq, sülhməramlılarımızın Qarabağda qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”, - Qaluzin bildirib.
Onun sözlərinə görə, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır.
“Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - nazir müavini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top