
Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Fizuli oğlu sağ əlindən xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, məsələ ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma başlayıb.
11:31
Fevralın 10-u saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində partlayış olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcı partlayıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.