Amerikanın texnologiya korporasiyası “Google”, süni intellekt (AI) çatbotunun “Bard” adını “Gemini” olaraq dəyişdirdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Bildirilir ki, “Gemini”nin funksionallığında heç bir fərqi yoxdur. Çatbot məlumat axtarmaq, mətn və şəkillər yaratmaq qabiliyyətinə malikdir.
“Android” istifadəçiləri “Google Play” proqramlar mağazasında mövcud olan “Gemini”nin pulsuz versiyasından tətbiq kimi yararlana biləcəklər. iOS cihazlarının sahibləri yenilənmiş “Google” proqramı vasitəsilə çatbot-a giriş əldə edəcəklər.
Şirkət həmçinin ayda 20 dollara başa gələn AI-nin daha güclü versiyası olan “Gemini Ultra”ya pullu giriş təklif edir. “Google” qeyd edib ki, “Ultra” modeli daha uzun söhbətləri dəstəkləməyə və daha çox kontekst təmin etməyə qadirdir, həmçinin proqramlaşdırma və məntiqi problemlərin həlli üçün daha uyğundur.