“Rusiya XİN Azərbaycandakı seçkilərin uğurla keçirilməsini alqışlayır”


“Moskva Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır və əməkdaşlığın daha da gücləndirilməsinə sadiqdir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işin, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə sadiqdir”, - məlumatda deyilir.
Nazirlik əlavə edib ki, Qərb dövlətləri və onların nəzarətində olan beynəlxalq strukturlar tərəfindən verilən qiymətləndirmələr son dərəcə qərəzli görünürdü:
“Onlar Azərbaycandakı prezident seçkilərinə qarşı son dərəcə qərəzli idi və seçki prosesini gözdən salmaq üçün əvvəlcədən təsdiqlənmiş üsullardan istifadə edirdi”.

DİGƏR XƏBƏRLƏR

Top