Qazaxıstan maska ​​rejimi tətbiq edir


Qazaxıstan hakimiyyəti yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün tibb təşkilatlarında maskalardan məcburi istifadəni tətbiq edib.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə respublikanın Baş dövlət sanitar həkimi Ayjan Esmaqambetovanın əmrində bildirilib.
Əmrə əsasən, Qazaxıstan əhalisi arasında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (qızılca, koronavirus, qrip və digər kəskin respirator virus infeksiyaları daxil olmaqla) yayılmasının qarşısını almaq məqsədilə səhiyyə idarələrinin rəhbərlərinə tibb təşkilatlarında personal və ziyarətçilərin tibbi maskalardan istifadəsini məcburi qaydada təmin etmək tapşırılıb.
Bundan əlavə, əmrə əsasən, yerli icra orqanlarının rəhbərlərinə insanların sıx toplaşdığı yerlərdə (hava limanları, dəmiryol vağzalları, avtovağzallar, bütün növ nəqliyyatlar, marketlər, ticarət və əyləncə mərkəzləri, teatrlar, kinoteatrlar və banklarda) tibbi maskalardan istifadəni tövsiyə etmək həvalə olunub.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Məclisinin (parlamenti aşağı palatası) mətbuat xidməti də fevralın 7-dən koronavirus infeksiyası ilə bağlı əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar binada məcburi maska ​​rejiminin tətbiq edildiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top