
2023-cü ilin nəticələrinə əsasən ən çox qazanan 100 idmançının reytinqi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, reytinq cədvəlini “Sportico” jurnalı mənbələrə istinadla tərtib edib.
Jurnalın məlumatına görə, birinci yeri “Əl-Nəsr” klubunun portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo tutub.
2023-cü ildə futbolçu 275 milyon dollar (sponsorlardan 60 milyon dollar) qazanıb. 2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avroluq müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Qolfçu Con Ram Ronaldodan 72 milyon dollar geri qalaraq (203 milyon dollar) ikinci olub. 2023-cü ilin ən varlı idmançılarının ilk üçlüyünü “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi tamamlayıb. Dünya çempionu 2023-cü il üçün 130 milyon dollar qazanıb.
“Sportico”nun reytinq cədvəlində ilk onluq belədir:
1. Kriştianu Ronaldo (futbol) – 275 milyon dollar.
2. Con Ram (qolf) – 203 milyon dollar.
3. Lionel Messi (futbol) – 130 milyon dollar.
4. Lebron Ceyms (basketbol) – 125,7 milyon dollar.
5. Kilian Mbappe (futbol) – 125 milyon dollar.
6. Neymar (futbol) – 121 milyon dollar.
7. Stefan Karri (basketbol) – 98,9 milyon dollar.
8. Yannis Adetokumbo (basketbol) – 88,4 milyon dollar.
9. Kevin Durant (basketbol) – 86,9 milyon dollar
10. Patrik Mahoums (Amerika futbolu) – 84,3 milyon dollar.
Qeyd edək ki, siyahıdakı 100 idmançıdan 65-i ABŞ idmançısıdır. Siyahının əsas hissəsini isə basketbolçular (40) təşkil edir.
Tətbiqimizi yükləyə bilərsiniz