
“ABŞ dövlət katibi Antoni Blinken məsləhətləşmələr zamanı İsrail hakimiyyətinə açıq şəkildə bildirib ki, ABŞ Rəfahda planlaşdırılan əməliyyatlardan narahatdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“ABŞ dövlət katibi Blinken İsrail rəhbərliyi, Baş nazir Benyamin Netanyahu və hərbi kabinetlə görüşləri zamanı narahatlığımızı açıq şəkildə ifadə etdi”, - Kirbi jurnalistin müvafiq sualına cavab olaraq deyib.
Eyni zamanda, o, ABŞ-nin Rəfah şəhərində əməliyyat keçirməklə bağlı İsrailin rəsmi planlarından xəbərdar olmadığını izah edib.