
Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat yayıb.
“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”, - o, yayımladığı videomüraciətdə bildirib.
Qeyd edək ki, Sırski bu ana qədər Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib.