
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirdiyini və bu görüşdə yanlaşmaların və strategiyanın dəyişdirilməsi barədə qərar qəbul edildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zalujnı “Telegram” kanalında yazıb.
“Biz indicə Ali Baş Komandanla görüşdük. Vacib və ciddi söhbət oldu. Yanışmaların və strategiyaların dəyişdirilməsi zərurəti ilə bağlı qərar qəbul edilib”, - Zalujnı qeyd edib.
Zalujnı Ukrayna prezidentinə, Baş Qərargahın komandasına və ölkənin Müdafiə Nazirliyinə təşəkkür edib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib-edilməməsi barədə məlumat verməyib.
***20:22
“Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat yayıb.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin yenilənməsini müzakirə etmək üçün görüşdüyünü bildirib.