Şarl Mişel İlham Əliyevi təbrik etdi


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mişel sosial şəbəkə hesabında yazıb.
“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı üçün ən xoş arzularımı bildirdim. ATƏT/DTİHB ilə davamlı əlaqənin vacibliyini vurğuladım”, - Şarl Mişel bildirib.
O, qeyd edib ki, danışıq zamanı Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlıq, o cümlədən əlaqələnmə və enerji məsələləri müzakirə olundu.

DİGƏR XƏBƏRLƏR

Top