Yol Polisindən qeydiyyat nişanları ilə bağlı müraciət


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, müraciətdə deyilir:
“Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.
Lakin, təəssüf ki bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir”.

DİGƏR XƏBƏRLƏR

Top