Afrika kubokunda finalçılar məlum oldu


Kot-d'ivuarlıların vətənində keçirilən Afrika Millətlər Kubokunun yarımfinalında Fil Dişi millisi Konqo millisini məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu hücumçu Sebastyen Haller vurub.
Digər yarımfinal oyununda Nigeriya yığması Cənubi Afrika yığması ilə qarşılaşıb. Əsas və əlavə vaxtda oyun 1:1 hesabı ilə başa çatıb. Nigeriyalılar penaltilər seriyasında daha güclü olub (4:2).
Final oyunu fevralın 11-də baş tutacaq və finalda Kot-d'İvuar Nigeriya ilə qarşılaşacaq.
Yarımfinalda məğlub olan Fil Dişi və Cənubi Afrika yığmaları isə fevralın 10-da baş tutacaq üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar.
Hazırda turnirin bombardiri Ekvatorial Qvineyadan olan Emilio Nsuedir (5 qol). Anqolalı Jasintu Dala və misirli Mostafa Mohamed hərəyə dörd dəfə fərqləniblər.
Hazırkı Afrika Millətlər Kubokunun sahibləri Seneqaldır. Son finalda Misiri penaltilər seriyasında məğlub edən komanda tarixində ilk dəfə bu kuboka sahib olub.

DİGƏR XƏBƏRLƏR

Top