
Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası), eləcə də Pəncab, Sind, Bəlucistan və Xayber Paxtunxva əyalətlərinin qanunverici orqanlarına cümə axşamı terror aktlarının artması fonunda seçkilər keçirilir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Milli Assambleyadakı yerlər üçün 5 minə yaxın namizəd, regional qanunvericilik orqanlarındakı yerlər üçün isə təxminən 12 min nəfər mübarizə aparır. 160-a yaxın partiya və birlik qeydiyyatdan keçib.
Qeyd edək ki, bu il Pakistan Milli Assambleyaya 336 deputat seçiləcək (son çağırışda 342 deputat var idi).
Ən perspektivli siyasi partiyalar Pakistan Müsəlman Liqası və Pakistan Xalq Partiyasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz