Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri İsveçrədə görüşə bilər


Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri mart ayında İsveçrədə görüşə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan spikeri Alen Simonyanın ofisindən məlumat verilib.
Ofisin məlumatına görə, Ermənistan və Azərbaycan spikerlərinin martın 23-27-də planlaşdırılan görüşü ilə bağlı hələlik dəqiq təklif almadıqlarını, lakin belə bir ehtimalı istisna etmədiklərini bildirib.
Qeyd edək ki, bundan əvvəl Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq mart ayında növbəti assambleya çərçivəsində Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında görüşün baş tuta biləcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top