Azərbaycanda prezident seçkiləri keçirilir


Bu gün səhər saat 8:00-da Azərbaycanda prezident seçkiləri başlayıb.
Yeniavaz.com
xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Prezident postu uğrunda 7 namizəd mübarizə aparır.
Səsvermə saat 19:00-da başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top