
“ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərində uduzduqdan sonra hakimiyyəti əldə saxlamaq cəhdinə görə qanuni təqibdən sığortalanmayıb”.
Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonun Apellyasiya Məhkəməsi tərəfindən verilib.
Telekanal aydınlaşdırır ki, müvafiq qərarı üç hakimdən ibarət kollegiya yekdilliklə qəbul edib:
“Prezident vəzifəsində işlədiyi müddətdə onu müdafiə edə biləcək hər hansı toxunulmazlıq artıq onu bu təqibdən qorumur”.
CNBC-nin məlumatına görə, Tramp çox güman ki, bu qərardan Ali Məhkəməyə şikayət edəcək.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Donald Tramp 2020-ci il seçkilərində uduzduqdan sonra hakimiyyəti qoruyub saxlamaq cəhdində ittiham olundu. Xüsusilə, ittiham tərəfi hesab edir ki, Tramp saxtakarlıqla bağlı qəsdən yalan məlumatlar yaymaqla səslərin hesablanmasına müdaxilə etməyə çalışıb və həmçinin Konqresə Co Baydenin seçkidə qalib gəldiyini təsdiqləməsinə mane olmaq niyyətində olub.
Tramp özünü təqsirli hesab etmir və müdafiə komandası onun toxunulmazlığına malik olduğunu israr edir, çünki ittihamlar onun prezident olarkən törətdiyi əməllərlə bağlıdır.
Tətbiqimizi yükləyə bilərsiniz