İstanbuldakı insidentə görə bir nəfər də tutuldu: Ölənlərin sayı artdı – Yenilənib


Türkiyədə polis İstanbulda Çağlayan Məhkəməsinə hücumun üçüncü iştirakçısını saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, bu gün günortadan sonra İstanbulda Çağlayan Məhkəməsinin binasının girişindəki nəzarət-buraxılış məntəqəsinə atəş açan kişi və qadın atışma nəticəsində öldürülüb.
“Polis hadisə yerindən qaçan daha bir hücum iştirakçısını saxlayıb, o yaralanıb”, - məlumatda bildirilıb.
Hadisədən sonra məhkəməyə bütün giriş-çıxışlar bağlanıb, ərazidə polis nəzarəti artırılıb.
Hadisə nəticəsində üçü polis olmaqla altı nəfər yaralanıb. Hücumdan sonra yaralı halda xəstəxanaya yerləşdirilən Dilfiraz K. həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

***14:09
Türkiyənin İstanbul şəhərində Çağlayan rayon məhkəməsinin qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdi baş verib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Nazir nəzarət-buraxılış məntəqəsinə hücum cəhdinin bu gün yerli vaxtla saat 11:46-da (Bakı vaxtı ilə 12:46) qeydə alındığını bildirib.
Yerlikaya 1-i qadın və 1-i kişi olan silahlı şəxslərin zərərsizləşdirildiyini, 3-ü polis olmaqla 6 nəfərin yaralandığını bildirib.
Yerlikaya zərərsizləşdirilən terrorçuların DHKP/C terror təşkilatının üzvü olduqlarını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top