Qəzzada ölənlərin sayı 27,5 mini keçdi


İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatın qurbanlarının sayı 27,5 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“2023-cü il oktyabrın 7-dən indiyədək İsrailin Qəzzanı bombalaması və atəşə tutması nəticəsində 27min  585 nəfər ölüb. Eyni müddət ərzində 66 min 978 fələstinli yaralanıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, təkcə son 24 saat ərzində Qəzzada İsrail qüvvələrinin hücumları nəticəsində 107 nəfərin ölüb, 143 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top