
Bu gün axşam saatlarında Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
“Yanğın qeyri-iş saatında baş verdiyi üçün xəsarət alan olmayıb. FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır”, - məlumatda deyilir.
Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz