Qazaxıstanda hökumət istefaya getdi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublika hökumətinin istefasını qəbul edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq qərara alıram: Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin, Qazaxıstan Respublikasının Baş nazirinin vəzifələri müvəqqəti olaraq Roman Vasilyeviç Sklyarına həvalə edilsin”, - məlumatda deyilir.
Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top