
Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64,86% bahalanıb.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 22 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2001-ci ildə bundan yüksək (68,5%) olub.
Ən yüksək bahalanma restoran və otel xidmətlərində qeydə alınıb – 92,27%.
Bundan başqa təhsil xidmətləri 79,8%, səhiyyə xidmətləri 78,57%, nəqliyyat xidmətləri 77,54%, qida və içkilər 69,7%, ev əşyaları 61,1%, bahalanıb.
Ən az artım geyim və ayaqqabı qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabıların qiyməti son bir ildə 40,6% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır. Bu beşliyə Suriya (84,9%), Venesuela (189,8%), Livan (192,3%) və Argentina da (211,4%) daxildir.
Elnur Əli