Qəzzada ölü və yaralıların ümumi sayı 94 minə çatdı


İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində həlak olan fələstinlilərin sayı 27,4 minə yaxınlaşır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi “Telegram” kanalında dərc olunan məlumatda bildirilir ki, ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır və səhiyyə işçiləri hələ onlara tapa bilməyiblər:
“Ötən ilin oktyabrından bəri İsrail təcavüzü qurbanlarının sayı 27 min 365 nəfərə çatıb, daha 66 min 630 nəfər yaralanıb. Son 24 saat ərzində anklavda ən azı 127 nəfər ölüb, daha 178 nəfər yaralanıb”.

DİGƏR XƏBƏRLƏR

Top