
İraq hakimiyyəti ümummilli matəm elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir.
“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində Amerikanın bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilib”, - sənəddə deyilir.
“Shafaq News” xəbər portalının qeyd etdiyi kimi, ABŞ aviasiyası Əl-Qaim bölgəsində iranpərəst silahlı qrupların dörd mövqesinə, o cümlədən şiə milis Əl-Həşd əş-Şaabinin hədəflərinə zərbələr endirib. Hədəflərdən biri də İraqın Anbar əyalətində şiə silahlı birləşmələrinin qərargahı olub. “Al Hadath”ın məlumatına görə, Amerika təyyarələri Suriya və İraq sərhədi boyunca təxminən 130 km-lik zolaqda zərbələr endirib. İraq hökumətinin məlumatına görə, Amerikanın bombardmanı nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.