
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin həyat yoldaşı Safiyə Fərkaşın ölkəyə giriş qadağasını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat təşkilatın internet saytında dərc edilib.
Məlumatda Fərkaş haqqında tətbiq edilən ölkəyə giriş qadağasının ləğvi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
Qeyd edək ki BMT Təhlükəsizlik Şurası 27 fevral 2011-ci ildə Qəddafinin ailəsindən və yaxın ətrafından olan 16 nəfərə ölkəyə giriş qadağası qoyub.
Xatırladaq ki, Qəddafi Liviyanın Beyda şəhərində anadan olan tibb bacısı Safiyə Fərkaşla 1970-ci ildə müalicə aldığı xəstəxanada tanış olub və elə həmin il onunla ailə həyatı qurub.
Qəddafinin bu evlilikdən 6 oğlu və 1 qızı var.