
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın sədri Hafizə Qayə Erkanın istefasından sonra onun keçmiş müavini Fatih Karahanı bankın rəhbəri təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin hökumətin rəsmi qəzeti “Resmi gazete”də dərc olunan sərəncamında deyilir.
Sərəncam Prezident tərəfindən imzalanıb və dərc olunduğu andan qüvvəyə minib.
Fatih Karahan 28 iyul 2023-cü ildə Türkiyə Mərkəzi Bankının sədr müavini təyin edilib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qayə Erkan dünən istefa verib.