
Konqo Demokratik Respublikasında (KDR) üsyançıların helikopterə atəş açması nəticəsində iki BMT sülhməramlısı yaralanıb.
Yeniavaz.com “France-Presse” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Konqodakı Stabilləşdirmə Missiyasından məlumat verilib.
“İki sülhməramlı yaralanıb. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir”, - məlumatda bildirilib.
Missiya həmçinin, helikopterin təhlükəsiz yerə endiyini qeyd edib.
Hadisə Qoma şəhəri yaxınlığında baş verib. Hadisədə hazırda Qomaya hücum təşkil etməyə çalışan “23 Mart Hərəkatı” qruplaşması şübhəli bilinir.