
Tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist İlhamiyyə Rza sosial şəbəkə hesabında məlumat yayıb.
Jurnalist yoldaşının bu gün bir az daha yaxşı olduğunu qeyd edib:
“Lakin çox zəifdir. Ciddi reabilitasiyaya ehtiyac var”.
Qeyd edək ki, 64 yaşlı aparıcı qızılçaya yoluxub və Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada müalicə olunurdu.
Tətbiqimizi yükləyə bilərsiniz