
“Mediazona” və “BBC Rus Xidməti”nin jurnalistləri könüllülər qrupu ilə birlikdə açıq mənbələrdən Rusiyanın Ukraynaya genişmiqyaslı işğalında iştirak edən 43 460 rusiyalı hərbçinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nəşrlər məlumat yayıb.
Bildirilir ki, yanvarın 19-dan (əvvəlki yenilənmədən) indiyədək siyahıya 1176 nəfər, o cümlədən polkovnik-leytenant rütbəsinə malik 15 hərbi qulluqçu əlavə edilib.
“Mediazona” öz hesabatında Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin Rusiya itkilərini 315 min nəfər olaraq qiymətləndirdiyi köşə yazısına da diqqət çəkib. Jurnalistlər onun qiymətləndirməsini reallığa yaxın hesab edirlər.