
İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların qurbanlarının sayı 27,1 mini ötüb.
Yeniavaz.com “Əl Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza sektorunu bombardman etməsi və atəşə tutması nəticəsində bu günə qədər ölənlərin sayı 27 min 131 nəfərə çatıb”, - Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, Qəzzada gərginliyin artdığı gündən bu yana yaralananların sayı isə 66 min 287 nəfər olub.
Nazirlikdən bildirilib ki, təkcə son 24 saat ərzində 112 fələstinli həlak olub, 148 fələstinli yaralanıb.