Oktyabrın 7-dən Qəzzada səhiyyə sisteminə 342 hücum olub – ÜST


7 oktyabr 2023-cü ildən Qəzza zolağında səhiyyə infrastrukturuna 340-dan çox hücum həyata keçirilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatına görə, hücumlar nəticəsində 627 nəfər ölüb, 783 nəfər yaralanıb.
Qeyd olunub ki, hücumlar anklavdakı 36 xəstəxanadan 27-si də daxil olmaqla 95 səhiyyə müəssisəsinə baş verib. 47 təcili yardım maşınına ciddi ziyan dəyib.
ÜST-ün məlumatına görə, 61 səhiyyə işçisi saxlanılıb.
"Hazırda Qəzzanın 36 xəstəxanasından 21-i fəaliyyət göstərmir. Fəaliyyət göstərən 15 xəstəxanadan 13-ü qismən, 2-si isə minimal səviyyədə fəaliyyət göstərir. 
6 mini yaralı olmaqla 8 mindən çox xəstə tibbi səbəblərdən Qəzzadan təxliyə edilməlidir", - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top