
Yanvar ayında Azərbaycanda 325 nəfər koronavirusa yoluxub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bu müddətdə COVID-19-a yoluxmuş 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.
Son bir ayda ölkədə 281 nəfər vaksinasiya olunub.