
17 oktyabr 2023-cü ildən bu yana İordaniya, İraq və Suriyada ABŞ hərbçilərinə və Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına qarşı ən azı 166 hücum həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı amerikalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Suriyada 98, İraqda 67, İordaniyada bir hücum olub. Hücumlarda pilotsuz təyyarələr, minaatan mərmiləri və qısa mənzilli ballistik raketlərdən istifadə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz