
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ən həlledici anda respublikanı öz problemləri ilə tək qoyub”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.
“Uzun müddət bizim təhlükəsizlik konsepsiyamız belə idi: Ermənistan KTMT-nin üzvüdür, Qarabağ problemi beynəlxalq səviyyədə tanınmış münaqişədir, ona görə də Ermənistan üçün təhlükəsizlik problemi yoxdur, biz diqqəti Qarabağın həllinə yönəltməliyik. Məlum oldu ki, KTMT nəinki Ermənistanın təhlükəsizliyini təmin etməyib, hətta ən həlledici məqamda “Öz problemlərinizi özünüz həll edin” deyib”, - baş nazir deyib.
Paşinyan qeyd edib ki, onlar bu mühitdə yaşamağı bacarmalı və mümkün qədər öz təhlükəsizliyini təmin etməlidirlər.
Tətbiqimizi yükləyə bilərsiniz