
Türkiyənin Kocaeli şəhərində yerləşən fabrikdə silahlı şəxs işçiləri girov götürüb.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, İhsan Dədə küçəsində təmizlik və fərdi qulluq məhsulları sahəsində fəaliyyət göstərən beynəlxalq bir şirkətin fabrikində bəzi işçilərin girov götürüldüyü bildirilib.
Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları, o cümlədən xüsusi təyinatlıların göndərildiyi qeyd edilir.